Bu il "Apple"şirkəti iPhone modelinin 3 versiyasını təqdim edəcək.
4.7 iç və 5.5 inç ekrana sahib modellər bazardakı iPhone 7 və iPhone 7 Plus modellərini əvəz edəcək. Lakin marağı cəlb edəcək versiya 5.8 inç ekrana sahib iPhone 8 modeli olacaq. Məlumata əsasən həmin model ekranla "bükülü" olacaq. Mütəxəssislərin fikrincə bu halda "bükülü" sözünün hansı mənada işləndiyini bilmirlər. Bu istənilən xüsusiyyət ola bilər. Sadəlik üçün 5.8 inç-lik modeli, iPhone X adlandırırlar.
Milli.Az technote.az-a istinadən bildirir ki, o, digər modellərdən çox fərqlənəcək. Çox güman ki, iPhone X-in ekranı çərçivəsiz olacaq. Touch ID barmaq izi skanı, selfie və FaceTime videoəlaqə özəlliyinə sahib olacaq ön kameranın birbaşa ekrana inteqrasiya olunacağı gözlənilir. Bundan əlavə olaraq ön kamera həmçinin göz qişası skanına və jestlərin idarəolunması üçün nəzərdə tutulmuş lazer sensora sahib olacaq. Ən əsası isə yeni model, naqilsiz şarj funksiyası ilə təchiz olunacaq.
Milli.Az