Qadin.NET / Mixail Qorbaçovun cinayətləri haqqında məqalə dərc olundu

Mixail Qorbaçovun cinayətləri haqqında məqalə dərc olundu

Mixail Qorbaçovun cinayətləri haqqında məqalə dərc olundu

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Monteneqronun "Radio jadran" xəbər portalında "Yanvarın 20-si Azərbaycanda Ümumxalq Hüzn Günüdür. Günahsız qurbanların xatirəsi" sərlövhəli məqalə dərc edilib (https://radiojadran.com/narod-azerbejdzana-obiljezava-20-januar-kao-dan-zalosti-sjecanje-na-nevine-zrtve/).

Materialda xatırladılır ki, keçən əsrdə 30 mindən çox günahsız azərbaycanlı həlak olub: 1918-ci ilin mart ayında ermənilər 30 min azərbaycanlını öldürüblər, 1992-ci il fevralın 26-da Xocalı şəhərinin işğalı zamanı isə 613 adam qətlə yetirilib. Azərbaycan xalqı 1990-cı ilin 20 Yanvar faciəsini unutmur və unuda bilməz. Çünki həmin gün 147 mülki şəxs qətlə yetirilib, 700-dən çox günahsız adam yaralanıb, 800-dən çox şəxs həbs edilib. 20 Yanvar Azərbaycan tarixinə ən qanlı faciələrdən biri kimi yazılıb. Günahsız adamların öldürülməsi, azadlıq mübarizəsi və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış mülki əhaliyə qarşı repressiyalar Mixail Qorbaçovun rəhbərlik etdiyi totalitar sovet rejiminin dağılması ərəfəsində baş verib.

Məqalədə qeyd edilir ki, 20 yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd edilir.

Materialda, həmçinin vurğulanır ki, həmin il Mixail Qorbaçovun Nobel mükafatı alması Azərbaycan xalqının xüsusilə hiddətlənməsinə səbəb olub.

Milli.Az

20 yanvar 2017
GO BACK