Qadin.NET / Rəhbərlik etmək arzusu insanı həlak edər

Rəhbərlik etmək arzusu insanı həlak edər

Rəhbərlik etmək arzusu insanı həlak edər

Quran həlak olmaq amili haqqında buyurur: "(Bunların davranışları) Firon ailəsinin və onlardan əvvəlkilərin rəftarı kimi(dir). Onlar özlərinin Rəbbinin ayələrini təkzib etdilər, Biz də onları günahlarının cəzası olaraq həlak etdik və Firon ailəsini batırdıq. Onların hamısı zalım idilər". ("Ənfal" 54).

Bu ayə insanın həlak olmaq amilinin təkəbbür olduğunu və İlahi ayələri inkar etmək olduğunu bəyan edir. Firon özü hegemonluq etmək arzusunda idi və edirdi də. Onun bu rəftarı həlak olmasına səbəb oldu.
Rəhbər olmaq ilə rəhbərlik etmək istəmək arasında fərq vardır. O insan ki, rəhbərlik arzusunda olar, öz fikir və nəzəriyyələrini necə olursa-olsun insanlara yeritmək istəyər. Bu insanların ən çox yayılmış sifətləri - təkəbbür və insanlara zülm etmək olar. (Erfan)
Milli.Az deyerler.org-a istinadən bildirir ki, ancaq rəhbər olmaq bəyənilən sifətlərdən hesab olunur ki, hətta bəzi zamanlarda yerinə yetirilməsi vacibdir. İmam Rzanın (ə) nəzərinə görə, o kəsin ki, rəhbərlik etməyə ləyaqəti yoxdur, o, insanları həlakətə tərəf sürüyər. Rəhbər olmaq o kəsə layiqdir ki, bütün insanların mənfəətini düşünsün və pak yolla irəliləsin.
İmam Həsən Əsgəri buyurur: "O kəs ki, sağa və sola gedər - onu boş burax. Həqiqətən də çoban qoyunlarını az bir səylə toplayar. Məbada sirri ifşa edəsən, söz yayıb, rəhbərlik etmək ardınca olasan. Çünki bu ikisi insanı həlak olmağa tərəf çəkər".
İmam (ə) sağ və sol dedikdə, sirat müstəqim yolunu azmağı nəzərdə tutur.
Yəni, bu yolda edilən ifrat və təfritə işarə edir. Sonra Həzrət (ə) çobanın misalını çəkir və buyurur ki, çoban qoyunlarını dağılmaqdan saxlayır, qoymur ki, onlar sağa və sola getsinlər. Sanki İmam (ə) bu hədisdə sirrin ifşa olmasını qoyunların dağılmasına bənzətmək istəyir ki, onları toplamaq çətindir. O kəs ki, rəhbərlik etmək arzusunda olar, çobana bənzəyər ki, gərək qoyunlarının dağılmasının qarşısını ala bilsin. Yəni, sirlərin ifşa olmasına və yayılmasına icazə verməsin, əks halda həlak olar.
Sirri işfa etmək mühüm mövzulardandır ki, Quran buyurur: "Dedi: "Oğulcan, öz yuxunu qardaşlarına danışma ki, sənə (qarşı) hiylə işlədərlər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir"". ("Yusif" 5).
Yəqub peyğəmbər (ə) oğlu Yusifə (ə) deyir ki, sirrini hətta qardaşlarından belə saxlasın. Çünki bu sirr onu həlak edə bilən sirr idi.
O kəs ki, rəhbərlik edər, gərək sirri saxlamağı bacarsın. Çünki sirri ifşa etmək, nəinki özünə, həm də başqalarında da ziyan vura bilər.
Beləliklə deyə bilərik ki, insanı həlak edən amillər içərisində təkəbbür, sirri işfa etmək və rəhbərlik arzusunda olmaq - ən mühüm həlakedici amillərdən hesab olunur.

Milli.Az

20 yanvar 2017
GO BACK