Bundan belə Türkiyənin orta məktəblərinin təhsil proqramlarında Çarlz Darvinin təkamül nəzəriyyəsi olmayacaq.
Milli.Az Habertürk-ə istinadən bildirir ki, bunu Türkiyənin təhsil naziri İsmet Yılmaz deyib.
İ.Yılmaz cari təhsil ilində qüvvəyə minəcək yeni təhsil proqramından bəhs edib. Bu proqramın özəlliklərindən biri yuxarı siniflər üçün nəzərdə tutulmuş biologiya dərsliklərindən təkamül nəzəriyyəsi ilə bağlı bölümlərin çıxarılmasıdır. Onların yerini ətraf mühit şəraitinin genetik dəyişikliklərə təsiri barədə "Canlılar və çevrə" bölməsi tutacaq.
"Darvinin təkamül nəzəriyyəsi sadəcə, nəzəriyyəsdir. Eynən fizikadakı Böyük Partlayış nəzəriyyəsi kimi. Elm belə deyir", - İ.Yılmaz deyib.
Milli.Az