Qadin.NET / Kartof saçların tez uzanmasını təmin edir

Kartof saçların tez uzanmasını təmin edir

Kartof saçların tez uzanmasını təmin edir

 

Kartof suyunun insan sağlamlığı üçün müxtəlif effektiv təsirlərə malikdir. Bunlardan biri də saçları qısa müddətdə uzatmağa kömək etməsidir.

Qadin.net Milli.az-a istinadən bildirir ki, kartof heç bir kənar təsir olmadan bir həftə ərzində təbii bir formada saçların uzanmasını sürətləndirir.
Bunu necə etmək olar?
Əvvəlcə 5-6 ədəd orta ölçülü kartofu yuyub soyun. Blenderdən keçirib qatı bir püre şəklinə salın və ya rəndələyin. Püreni bir tənzifin arasına salıb, suyunu sıxın. Lazım gələrsə, bir miqdar su əlavə edin.
Kartofdan əldə etdiyiniz suyu saçlarınıza və başınıza masaj edərək sürtün. Qalan hissəsini isə saçlarınızın uclarına sürtün. Bunları etdikdən sonra, başınızı bağlayın və 20-25 dəqiqə gözləyin. Ondan sonra su ilə yaxşıca yuyun.
Bunu həftədə bir dəfə etməklə saçlarınız həm daha parlaq olacaq, həm də daha qısa bir müddətdə uzanacaq.

Milli.Az

16 yanvar 2017
GO BACK