"X planeti - 2017-nin gəlişi" ("Planet X - the 2017 arrivel") kitabının yazarı, nəzəriyyəçi Devid Mid dünyanın sonu ilə bağlı qeyri-adi açıqlamalar verib.
Milli.Az axar.az-a istinadən bildirir ki,Mid dünyanın sonunun nə vaxt olacağı tarixi açıqlayıb. O, 2017-ci ilin oktyabrında Yerin başqa bir planetlə toqquşacağını, beləliklə də həyatın məhv olacağını deyib.
Mid Günəş qədər böyük olan planetin Şimal qütbü tərəfdən yaxınlaşdığını iddia edib. Yazıçının sözlərinə görə, adını "X" qoyduğu nəhəng planet orbitində Nibiru da olmaqla 7 cismlə gəlir. Nibiru bütün nəzəriyyəçilərin "quldur planet" adlandırdığı cismdir. Onun ətrafında olduğu planetin orbitini sıradan çıxardığı ehtimal edilir.
Lakin elm dünyası Nibirunun varlığını qəbul etmir. NASA da öz açıqlamasında Nibirunun varlığını rədd eləmişdi.
Milli.Az