Qadin.NET / Corablar qanda şəkəri ölçəcək

Corablar qanda şəkəri ölçəcək

 

Corablar qanda şəkəri ölçəcək

 

Kaliforniya Universiteti alimləri qanda şəkərin səviyyəsinə nəzarət etmək üçün qeyri-adi üsul təqdim ediblər.

Qadin.Net saglamolun.az-a istinadən bildirir ki, yeni metodikaya əsasən şəkər qanda deyil, tərdə ölçülür və bu işdə xüsusi elastik sensorlarla təchiz olunmuş corablar kömək edir.

Sensorlar tərdə şəkərin səviyyəsini ölçür və əldə edilmiş məlumatları insanın telefonuna göndərir.

Alimlərin fikrinə görə, yeni metodika yaxın zamanlarda geniş istifadə olunacaq və ənənəvi qlükometrlər (qanda şəkərin səviyyəsini ölçən cihazlar) istifadədən həmişəlik çıxacaq.

Milli.Az

14 yanvar 2017
GO BACK