ABŞ-da prezidentlərin ayrıca kitabxanaları var. Bu qeyri-ənənəvi kitabxanalar hər bir ABŞ prezidentinin mühüm sənədlərini və digər bütün tarixi materialları ictimaiyyət üçün açıq saxlamaq məqsədilə yaradılıb və bu ənənə ilk olaraq ABŞ-ın 31-ci prezidenti Hürber Huverdən başlayıb.
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Barak Obamanın prezidentlik müddəti sona çatır və onun bütün materialları Obama kitabxanasının müvəqqəti qərargahında - İllinois ştatında saxlanılacaq və daha sonra Çikaqo şəhərində 2021-ci ildə daimi kitabxanası açılanda ora köçürüləcək. Obamanın kağız sənədlərindən əlavə böyük həcmdə digital və sosial media materialları var. Onların ümumi həcmi 200 terabyte təşkil edir ki, bu da 30,000 DVD diski deməkdir.
Milli.Az