Qadin.NET / Android telefonları sürətləndirməyin yolları - ARAŞDIRMA

Android telefonları sürətləndirməyin yolları - ARAŞDIRMA

 

Android telefonları sürətləndirməyin yolları - ARAŞDIRMA

 

Fərqi yoxdur üç il əvvəl aldığınız android sistemli telefonunuz olsun ya da yeni "Galaxy S7" olsun. Yəqin ki, hamımız telefonunun daha sürətli olmasını istəyirik. Telefonunuzu sürətləndirəcək tədbirlər görsənizdə bu üsulların heç bir faydası olmayıb. Android sistemi ilə işləyən telefonumuzun asan yolla necə sürətləndirə bilərik?
 
Giriş ekranı təmizləyin: Canlı divar kağızları və vidjetlər, RAM-ı zəif olan telefonlarda ağırlaşmaya səbəb olurlar. Xüsusilə "Chrome" kimi brauzerlər android sistemli telefonların RAM-ından dahaçox istifadə edirlər. Buna mane olmaq üçün giriş ekranı təmiz saxlamalaq lazımdır.

Fərqli bir launçer yükləyin: Telefonunuzun sistemində olan launçer sadə və sürətli olmur. Play store-də sürəti artıran launçerlər mövcuddur.  "Nova Launcher" yaxşı seçimdir ancaq sizə uyğun olanı tapmaq üçün bir neçə launçer sınaya bilərsiniz.

Veb brauzerinizi dəyişdirin: Android sistemli telefonda gələn "Chrome" brauzeri telefonun RAM-dan çox istifadə edir. Bunun qarşısını almaq üçün fərqli brauzerlərdən istifadə edin. Sürətli və yüngül veb brauzerlərdən "Puffin" və "Opera"nı məsləhətlidir.

Lazımsız tətbiqləri silin: Optimallaşdırılmamış tətbiqlər, telefonunuzu ləng işləməsinə səbəb ola bilər. Bu tətbiqlər bəzən ən böyük firmaların da ola bilər. Snapçat android sistemli telefonların işini yavaşladır. feysbuk tətbiqini də telefondan sildikdə 15 faiz sürətəldə etmək mümkündür.
 
Antivirusu silin: Antivirus proqramları sizin telefondan virus silmir. Amma telefonun sürətini azaldır. Telefon yaddaşını təmizləyən tətbiqlər də eyni funksiyanı daşıyır.

Avtomatik eyniləşdirməNi bağlayın: Sosial proqramlar, xəbərlər, hava durumu və digər proqramlar, avtomatik olaraq məlumatları yeniləyir. Bu cür əməliyyatların sayının artması, telefonunuzun sürətini olduqca azaldır.

Yenidən başladın (Restore) : Son olaraq telefonunuzu yenidən işə salmaqla sürətlənməsini təmin edə bilərsiniz. Bunu hər gün etməyə ehtiyac yoxdur ancaq xüsusilə telefonunuzun sürəti azalanda, ağır işləyəndə yenidən başlatmaqla əvvəlki sürəti əldə edə bilərsiniz.

Bu məlumatlarının heç bir təsiri olmasa, telefonunuzu zavod parametrininə gətirin.


Faktxeber

8 yanvar 2017
GO BACK