Qadin.NET / Sızanaqları yox edən GÜCLÜ VASİTƏ

Sızanaqları yox edən GÜCLÜ VASİTƏ

Sızanaqları yox edən GÜCLÜ VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir.

"Boltuşka"nın reseptləri çoxdur, sizi bu reseptlərdən biri ilə tanış edirik. Bu resepti rus kosmetoloqu Elena Beloserkovskaya "Komsomolskaya pravda" qəzetinin oxucuları ilə paylaşıb.

Tərkibi:
- 5 həb levomisetin
- 3 həb aspirin
- 50 ml tibbi spirt
- 50 ml borat turşusunun spirtli məhlulu (2%) - спиртовый раствор Р±РѕСЂРЅРѕР№ кислоты 2%
Hazırlanması:
Həbləri yaxşı əzin, spirti və borat turşusunu əlavə edin, qarışdırın. Boltuşkanı kişik şüşə butulkaya tökün və soyuducuda saxlayın. Vasitəni hər axşam yatmazdan əvvəl sızanaqlar olan nahiyələrə çəkin (yumaq lazım deyil). İstifadə etdikdən əvvəl vasitəni yaxşı çalxalayın.
Nəzərə almaq lazımdır ki, bu vasitə allergiyaya səbəb ola bilər. Hamilə və əmizdirən qadınlara bu vasitədən istifadə etmək olmaz.

Milli.Az

5 yanvar 2017
GO BACK