Dərman düzəldilməsində bitkilərdən ən çox razyanadan istifadə edilir. Razyana qan təzyiqini aşağı salar, qəbizliyi aradan qaldırmaqda sizə yardım edər.
Tibb elmində bu bitkinin toxumundan çox istifadə olunur. Xüsusilə də əgər mədənizdə qaz varsa və ya sancılardan əziyyət çəkirsinizsə, bu bitkinin toxumundan istifadə edə bilərsiniz. Əgər körpənizə süd verirsinizsə və südünüz azdırsa, bu bitkinin sorağına gedə bilərsiniz.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu bitkinin 100 qramı bədənə 30 kalori enerji verər. Əslində bu bitki azkalorili bitkidir. Çünki 90%-ni su təşkil edir. Razyana insana uzun müddət toxluq hissi verir. Ona görə də sizi çox yeməkdən saxlayır. Bu bitkinin tərkibində kalium vardır və ona görə də sidikqovucudur. Əgər bədəninizdə su yığımı varsa, bu bitkidən istifadə edin.
Razyananın tərkibində çox sayda minerallar vardır. Bu bitki kalsium və kalium deposudur. 100 qr. razyananın tərkibində 4-45 milliqram kalsium vardır. Bu bitkinin tərkibində olan kalium imkan vermir ki, kalsium bədəndən çıxsın. Siçanların üzərində aparılan tədqiqatlar göstərir ki, razyana sümüklərin ovulmasının qarşısını alır. Əgər sümüklərinizin möhkəm olmasını istəyirsinizsə, razyana qəbul edin.
Bu bitkinin tərkibində B9 vitamini vardır ki, qadınlar üçün lazımlıdır. Adətən qadınların bədənində bu maddə çatışmamazlığı olur. Xüsusilə də hamilə dövründə bu maddə anaya lazımlıdır. Bu qadınların qan azlığı ancaq dəmir azlığına görə olmur. Bəlkə B9 vitamininin azlığı da qan azlığına gətirib çıxardar. Bu vitaminin bizim əhvalımıza təsiri çoxdur. Əgər bu vitamin az olarsa, hövsələsiz və kobud olarıq. Əgər həmişə nikbin olmaq istəyirsinizsə, razyanadan çox istifadə edin.
Razyana yüksək qan təzqiyini kontrol edə bilir. Bunu isə tərkibində olan kalium vasitəsilə edir. Hər 100 qr-da 400-500 milliqram kalium vardır. Bundan başqa razyana natrium ilə kalium arasında balans yaradır. Bu da qan təzyiqini tənzim edir.
Milli.Az