Qadin.NET / Nazirlikdən qrip epidemiyası ilə bağlı AÇIQLAMA

Nazirlikdən qrip epidemiyası ilə bağlı AÇIQLAMA

Nazirlikdən qrip epidemiyası ilə bağlı AÇIQLAMA

Azərbaycanda mövsümi qrip virusuna yoluxma hallarında artım müşahidə olunur.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov APA-ya bildirib ki, hələlik vəziyyət epidemioloji hədd daxilindədir. Onun sözlərinə görə, ötən illərlə müqayisədə qripə yoluxanların sayı artır: "İnsanlar qripə tutulduğu zaman ilkin olaraq, poliklinikalara, təcili yardıma müraciət edir. Onlar xəstəlik simptomları baş verəndə nə qədər tez müraciət etsə, o qədər tez müalicə olunar və sağalar".

V.Qasımov bu gün sosial şəbəkələrdə qrip epidemiyasından bir nəfərin ölməsi barədə yayılan xəbərə münasibət bildirib. O, bu barədə məlumatsız olduğunu deyib.

Milli.Az

30 dekabr 2016
GO BACK