Qadin.NET / Vaxt edib yatağını toplaya bilməyənlər üçün ağıllı yorğan

Vaxt edib yatağını toplaya bilməyənlər üçün ağıllı yorğan

Vaxt edib yatağını toplaya bilməyənlər üçün ağıllı yorğan

Hər səhər oyandıqdan sonra yatağınızı toplamağa tənbəllik edir və ya, həqiqətən, vaxt tapa bilmirsinizsə, artıq bu işi sizin üçün həll edəcək yeni bir texnologiya hazırlanıb. Təqdim olunan Smartduvet adlı ağıllı yorğan, yataq toplanması problemini aradan qaldırır.

Smartduvet adlı yorğan xüsusilə yuxudan oyandıqdan sonra yerlərini yığmağı sevməyənlərin və ya vaxt edə bilməyənlər üçün hazırlanan bir layihədir. Ən əsası da bu texnologiyadan yararlanmaq üçün yeni bir yataq və ya yorğan almaq lazım deyil.

Yorğan və ya adyala qoyulan bu sistem yatarkən üzərinizdə bir ağırlıq hiss etmənizə səbəb olmur. Səhər yuxudan oyanıb naharınızı hazırlayarkən mobil tətbiqinizi açaraq yatağınızın toplanmasını reallaşdıra bilərsiniz. Əgər evdən çıxarkən yatağınızı toplamağa vaxtınız çatmasa, bunu dərd etməyin, çünki hazırlanan bu sistem sayəsində əvvəlcədən təyin etdiyiniz saatda Smartduvet yatağınızı toplayacaq. Əgər istifadə etdiyiniz yorğan üzlüklərini dəyişdirmək istəsəniz, tək etməniz lazım olan Smartduvet'i istifadə etdiyiniz Yorğandan çıxardıb, yenisinə taxmaqdır.

İstifadəçilərin marağını çəkməyi bacaran Smartduvet sistemi üçün Kickstarter üzərindən bir kampaniya başladılıb. 30 min dollar vəsait yığmağı hədəfləyən kampaniya artıq möhkəm addımlarla irəliləyir.

Bu barədə daha ətraflı bilmək və eyni zamanda həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqda xəbərdar olmaq istəyirsinizsə, o zaman mütləq "Texno Park"ı izləyin. 

"Texno Park" bazar günü saat 18:00, təkrarı isə çərşənbə axşamı, saat 21:00-da Zaur Əliyevin təqdimatında, Lider kanalında!

Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz:

Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

https://www.youtube.com/TexnoPark

https://www.facebook.com/AZTexnoPark/

Milli.Az

24 dekabr 2016
GO BACK