Qadin.NET / Günün qoroskopu: yeni işə və layihəyə başlamaq üçün əlverişli gündür

Günün qoroskopu: yeni işə və layihəyə başlamaq üçün əlverişli gündür

Günün qoroskopu: yeni işə və layihəyə başlamaq üçün əlverişli gündür

Qoç - yeniliklər, islahatlar və dəyişikliklər üçün əlverişli zaman deyil. İşlərlə yanaşı, şəxsi münasibətlərdə təşəbbüskar olun.

Buğa - yeni işə və layihəyə başlamaq üçün əlverişli gündür. Yaranmış situasiyanı və qüvvələrinizi dürüst dəyərləndirin. Yanınızda olub sizə kömək edəcək insanlarla yanaşı, sizə mane olacaq şəxsləri müəyyənləşdirməyə çalışın.

Əkizlər - işlər çoxdur. Amma bu, sizi təlaşa salmasın. Gələcək uğurların rəhni indi qoyulur. Günün ikinci yarısında maliyyə məsələləri ilə bağlı mühüm qərarlar qəbul etmək, uzunmüddətli sərmayələr yatırmaq olar.

Xərçəng - müstəqil kommersiya fəaliyyətinə başlamaq üçün pis zaman deyil. İşgüzar görüşlər və romantik təmaslar pis olmayacaq.

Şir - gün yeni və əlverişli imkanlar vəd edir. İfrat dərəcədə ehtiyatlı davranmayın, qətiyyətli və iradəli olun. Qarşınızda sədlərlə məneələr yaranarsa, geri çəkilməyin.

Qız - peşəkar fəaliyyət müstəvisində əhəmiyyətli uğur imkanları var. Maddi durumunuzu möhkəmləndirə bilərsiniz. Gəlirlər istisna deyil.

Tərəzi - maliyyə məsələlərinin həlli baxımından əlverişlidir. Yaxınlarınızla təmaslarda fikir ayrılıqları, ixtilaflar yarana bilər. Sərt və aqressiv danışmayın, ciddi münaqişənin yaranmasına imkan verməyin.

Əqrəb - uzaq tanışlarla danışıqlar məhsuldar keçəcək. Yeni tərəfdaş və ya şərik tapmaq şansı var. Yeni işlə bağlı təklif ala bilərsiniz.

Oxatan - ən müxtəlif problemlərin həllinə başlamaq üçün əlverişli gündür. Qətiyyətli, fəndgir olun. Müşkül işlərin öhdəsindən gələrək başqalarının uğursuzluğa düçar olduğu məkanda nailiyyətlər əldə edə bilərsiniz.

Oğlaq - işgüzar məziyyətləriniz və peşəkar bacarıqlarınız barədə yaxşı məlumatlara malik insanlarda belə, xoş təəssürat oyada bilmirsiniz. Axşam saatlarında əhvalınız yaxşılaşa bilər. Gələcəyə nikbin baxmağa imkan verəcək məlumat alacaqsınız.

Dolça - hər şeyi yaxşı düşünüb ilkin hazırlığın başa vurulduğuna şübhə etməsəniz belə, işlər istədiyiniz kimi alınmaya bilər. Günün ikinci yarısında işgüzar danışıqlar uğursuz keçir

Balıqlar - gərgin, çətin gündür. Emosional fon stabil deyil. Ən kiçik problemləri ürəyinizə salmayın. İşlər alınmazsa, müzakirələrə başlamayın. Planlar və ideyaların həyata keçirilməsi ilə bağlı problemlər yarana bilər.

Milli.Az

24 dekabr 2016
GO BACK