Qadin.NET / ƏHALİNİN DİQQƏTİNƏ: işıq və qazla bağlı limit artırıldı

ƏHALİNİN DİQQƏTİNƏ: işıq və qazla bağlı limit artırıldı

Azərbaycanda elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limit artırılıb. "APA-Economics" xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

 

Onun sözlərinə görə, bu qərar ölkə başçısı İlham Əliyevin müvafiq tapşırığı əsasında qəbul olunub.

 

Belə ki, təbii qazın pərakəndə satış tarifinə görə, əhali üzrə illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrədək artırılıb.

 

Bundan başqa, əhali üzrə aylıq elektrik enerjisi istehlakı üzrə limit 250 kilovat-saatdan 300 kilovat-saatadək artıb.

Lent.az 

23 dekabr 2016
GO BACK