Azərbaycan prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda qeyd olunur ki, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:
Behbudov Rəşid Ələddin oğlu - Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi
İsmayılova Nərminə Zahid qızı - Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi
Milli.Az