Qadin.NET / Günün qoroskopu: qəfil gəlir ola bilər

Günün qoroskopu: qəfil gəlir ola bilər

Günün qoroskopu: qəfil gəlir ola bilər

 

Qoç - yaxın ətrafınızdakı insanların yaşamı, onların problemləri və qayğıları ilə maraqlanın. Psixoloq olun.

Buğa - alış-verişə çıxa bilərsiniz. Qəfil gəlir ola bilər. Dəyərli hədiyyə istisna deyil. Yaşamınızda köklü dəyişikliklərin rəhni olacaq qərar qəbul edə bilərsiniz.

Əkizlər - bu gün tək qalmayın, tənhalığa qapılmayın. Sizi sevən və anlayan insanın dəstəyi çox önəmli ola bilər. Bədxah və ya rəqiblə təmaslar sizi usandıracaq. Əlaqələrdə diqqətli, davranışınızda sayıq olun.

Xərçəng - intuisiyanız güclənəcək. Yaranmış situasiyanın yeni yönlərini aşkarlayacaq, dürüst qərar qəbul edəcəksiniz. Köhnə tanışlarla qarşılaşın. Onlarla görüş və söhbət qarşınızda yeni perspektivlər yarada bilər.

Şir - iradəli və qətiyyətli olsanız, ciddi uğur əldə edə bilərsiniz. Şərtlər heç də əlverişli deyil. Situasiyanı araşdırın. Bütün çətinliklərə rəğmən qarşınıza qoyduğunuz məqsədə doğru inadla, qətiyyətlə irəliləyin.
Qız - nüfuzlu, amma bir qədər ədalətli insandan dəstək almağınız istisna deyil. Günün ikinci yarısında maraqlı tanışlıqlar ola bilər.

Tərəzi - başlayacaq yeni münasibətlər qəfil, gözlənilməz məcrada inkişaf edəcək. İntuisiyanıza güvənin. O, sizə necə hərəkət etməyin gərəkdiyini deyəcək. Axşam saatlarında qiymətli hədiyyə almağınız istisna deyil.

Əqrəb - neytral gündür. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün səylər göstərmək gərəkdir. Başladığınız işin uğur səviyyəsi iradənizdən asılıdır. Ən kiçik irəliləyiş belə, sizi ruhlandıra bilər.

Oxatan - kompleks və zəifliklərinizin öhdəsindən gələ bilərsiniz. Səhhətinizə fikir verin. Yaşam tonusunun aşağı düşməsi nəticəsində bihallıq və xəstələnmək riski var. Yaşlı qohumla münaqişə etməyin.

Oğlaq -  dəvət aldığınız tədbirə qatılın. Pullarınızı yalnız özünüzə yox, yaxın ətrafınızdakı insanlara da sərfəli şəkildə sərf edin. Müdrik, həyata bələd insanlarla daha çox ünsiyyətdə olun. Onların təcrübəsi sizə faydalı ola bilər.

Dolça - dəqiqləşdirmələr aparın. Məqsədə çatmağın yollarını arayın. Hədəfə çatmaq o qədər də çətin deyil. Kəsilmiş münasibətlərdən birini bərpa etmək istəyirsinizsə, tələsməyin. Bu təmasın sizə, gerçəkdən də, lazım olub-olmadığını bəlirləyin.

Balıqlar -  yaxın ətrafınızdakı insanlarla fikir müxtəlifliklərinin aradan qaldırılması, şəxsi münasibətlərdəki problemlərin həll olunması üçün əlverişli zamandır. Məqsədlərlə prioritetləri müəyyənləşdirin.

Milli.Az

22 dekabr 2016
GO BACK