Qadin.NET / Hava şarı formasında iki ayağı olan robot düzəldildi - FOTO

Hava şarı formasında iki ayağı olan robot düzəldildi - FOTO

Hava şarı formasında iki ayağı olan robot düzəldildi - FOTO

Los-Ancelesin Kaliforniya universitetinin Romela laboratoriyasının tədqiqatçıları, hava şarı formasinda iki ayağı olan robot istehsal ediblər.

Milli.Az bildirir ki, robot ilk dəfə Meksikada keçirilən, Humanoids 2016 konfransında nümayiş olunub. Antropomorf addımlayan robotlar adətən böyük çəkiyə malik olurlar, elə bu səbəbdən də yerə düşən zaman çox tez sıradan çıxırlar. Bu cür robotlar tarazlığı saxlamaqda əziyyət çəkirlər. BALLU adlı bu robotun yaradıcıları isə bu problemə çox orijinal şəkildə yanaşıblar. Robotun şaquli vəziyyətdə rahat qalması üçün tədqiqatçılar çətin sistemlər əvəzinə, sadəcə hava şarından istifadə ediblər. Bu hava şarı, robotu daimi olaraq yuxarı çəkir.

Şarın aşağı hissəsində kabel vasitəsi ilə dizdən qatlanan iki ayaq bərkidilib. Kabeli çəkən gücləndirici batareya və rabitə modulu isə robotun pəncəsində quraşdırılıb. Bu üsulla robotun çəkisinin çox hissəsi pəncədə cəmlənir və havadan bir az ağır olan konstruksiyanın yıxılmaq şansı qalmır.

Ballu müxtəlif istiqamətdə hərəkət edə bilir, düz səth üzərində gəzir, tullana və piləkənləri qalxa bilir.Bundan əlavə yüngül çəkisinin hesabına robot su üzərində də hərəkət edə və yüksək hündürlükdən düşə bilir.

Onu da qeyd edək ki, Ballu küləyə qarşı çox hissiyatlıdır və robotun hərəkətini külək əsən zaman nəzarət altında saxlamaq mümkün deyil. Çünki robot həmin zaman avtomatik olaraq külək əsən istiqamətə hərəkət edir.

Bu barədə daha ətraflı bilmək və eyni zamanda həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqda xəbərdar olmaq istəyirsinizsə, o zaman mütləq "Texno Park"ı izləyin. 

"Texno Park" bazar günü saat 18:00, təkrarı isə çərşənbə axşamı, saat 21:00-da Zaur Əliyevin təqdimatında, Lider kanalında!

Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz:

Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

https://www.youtube.com/TexnoPark

https://www.facebook.com/AZTexnoPark/

Milli.Az

18 dekabr 2016
GO BACK