Qadin.NET / "Beşiktaş"ın matçından sonra güclü partlayış: 29 ölü, 166 yaralı

"Beşiktaş"ın matçından sonra güclü partlayış: 29 ölü, 166 yaralı

 

"Beşiktaş"ın matçından sonra güclü partlayış: 29 ölü, 166 yaralı

 

İstanbulun mərkəzi rayonlu Beşiktaşda yerləşən Vodafone Arena sadionunun çıxışı yaxınlığında baş verən iki güclü partlayış nəticəsində 29 nəfər ölüb. Ölənlərin 27-polis əməkdaşı, 2-si isə dinc vətəndaş olub.

11.12.2016

09:10

Milli.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, 7-si ağır vəziyyətdə olmaqla 166 nəfər yaralanıb.

S.Soylu əlavə edib ki, hadisəylə bağlı 10 şübhəli şəxs saxlanılıb. O qeyd edib ki, partlayışlardan biri uzaqdan idarə olunan bomba yüklü avtomobillə, digəri isə canlı bomba tərəfindən törədilib.

---------

00:23

Bu gecə İstanbulun Dolmabahçe səmtindəki Maçka bölgəsində, "Vodafon Arena" stadionunun yaxınlığında şiddətli partlayış araşdırılır.

Milli.Az AHT-yə istinadən bildirir ki, hadisə yerinə yollanmış Türkiyənin DİN başçısı Süleyman Soylunun dediyinə görə, 20-dək yaralı var. Yaralıların hamısı polis əməkdaşlarıdır.

"Vodafon Arena"da oynanan "Beşiktaş"-"Bursaspor" matçının başa çatmasından sonra baş vermiş partlayışın terakt olduğu deyilir. Partlayış bomba yüklü maşının partladılması vasitəsilə gerçəkləşdirilib.

Teraktın hədəfinin çevik polis alayının əməkdaşları olduğu güman edilir.

----------------

10.12.2016

23:57

Türkiyənin İstanbul şəhərində güclü partlayış baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Milliyyet" xəbər verib.
Məlumata görə, "Lig TV"nin müxbiri canlı yayımda bir avtomobilin yandığını, silah səsləri eşidildiyini bildirib.
Türkiyənin digər mətbu orqanları isə hadisə yerinə çoxlu sayda polis və təcili yardım maşınlarının cəlb edildiyini xəbər veriblər.
Hələlik hadisənin təfərrüatları açıqlanmır.

Milli.Az

11 dekabr 2016
GO BACK