Qadin.NET / Tələbələrin yazmalı olduğu kurs işini pulla başqa şəxslər görür

Tələbələrin yazmalı olduğu kurs işini pulla başqa şəxslər görür

Tələbələrin yazmalı olduğu kurs işini pulla başqa şəxslər görür


Tələbələrin yazmalı olduğu kurs işini pulla başqa şəxslər görür. Əslində tələbənin özünü yetişdirməsinə hesablanan bu tapşırıq bəziləri üçün qazanc mənbəyinə çevrilib.

Sadəcə mövzunun adını deməklə hazır işinizi istədiyiniz vaxt bizdən təhvil alırsız. İnternetdə tələbələrə ödənişli referat, diplom işi, eləcə dissertasiya yazmağı təklif edən bu elanlar görənləri heyrətdə qoyur. Çünki tələbənin özünün yazmalı olduğu bu elmi işləri kimlərsə alver hədəfinə çevirib. Belə elanlarla tez-tez qarşılaşdıqlarını tələbələr özləri də təsdiqləyirlər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, unversitetlərdə kurs işi eləcə də daha böyük elmi işləri pulla yazıb kiməsə təqdim edənlər təkcə bunu gəlir mənbəyinə çevirmir, eləcə də gəncləri plagiatlığa sövq edirlər. Universitetlərin dekan və müəllim heyəti də belə halların çox yaşandığını deyirlər.

Bakı Dövlət Universitetinin dekanı Cahangir Məmmədlinin sözlərinə görə universitetdə elmi fəaliyyəti zamanı neçə dəfə belə plagiat elmi işlərin şahidi olublar.

Təhsil eksperti Əjdər Ağayev bildirir ki, universitetlərdə belə şəxsləri plagiatlığa sövq edən müəllimlər də var. Hətta bəzən plagiat elmi işlər içərisində dissertasiyalar da olur. Mütəxəssis bildirir ki, belə halların geniş yayılmasına səbəb bu cür qanunsuz fəaliyyətə qarşı mübarizə mexanizminin olmamasıdır.

Mütəxəssisin sözlərinə görə kurs işi eləcə də digər elmi işlər hər bir gəncin gələcək elmi fəaliyyətinin keyfiyyətini müəyyən edəcək uğurlardır. Buna görə elmi işləri plagiat üsulu ilə yazmağa cəhd edənlər gələcəkdə karyeralarında da ciddi çətinlik və uğursuzluğa düçar ola bilərlər.

Milli.Az

7 dekabr 2016
GO BACK