Qadin.NET / TƏKLİF: Müəllimlər güzəştli kateqoriyaya daxil edilsin

TƏKLİF: Müəllimlər güzəştli kateqoriyaya daxil edilsin

TƏKLİF: Müəllimlər güzəştli kateqoriyaya daxil edilsin


Azərbaycanda orta məktəb müəllimlərinin güzəştli ipoteka kateqoriyasına daxil edilməsi təklif edilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva çıxış edib.

Q.Paşayeva bildirib ki, orta məktəb müəllimlərininin əmək haqları ipotekadan yararlanmağa imkan vermir: "Müəllimlər də həmin güzəştli kateqoriyaya daxil edilsələr, onların da ipotekadan yararlanmaq imkanı olacaq. Bu, müəllimlərimizə çox böyük dəstək olar. Savadlı nəsillərin yetişməsi üçün müəllimlərin böyük rolu var. Onlar da ipoteka almaq üçün güzəştli kateqoriyaya daxil edilsin".

Milli.Az

 


6 dekabr 2016
GO BACK