Azərbaycanda qeyri-adi cərrahiyyə əməliyyatı keçirilib.
Day.Az bakipost.az-a istinadə xəbər verir ki, əməliyyat Bakının özəl xəstəxanalarından birində olub. Cərrahiyyə əməliyyatı 12 yaşlı qız üzərində aparılıb.
Belə ki, qızın öz saçlarını yeməsi nəticəsində mədəsində saç kütləsi yığılıb. Nəticədə mədə keçirməzliyi yaranıb. Əməliyyat zamanı balaca qızın mədəsində yaranan trixobezoar çıxarılıb