Bir yumurta alırsan içərisindən iki sarısı çıxır, qiyməti isə 20 qəpik.
Paytaxtın Nəsimi rayonu Süleyman Rəhimov küçəsində yerləşən mağazaların birində ancaq yumurta satılır. Özü də iki sarılı yumurtalar... Müştəri sarıdanda da korluq çəkmir.
İş yerinin sahibi danışmasa da alıcılar daimi bu yerdən yumurta aldıqlarını bildirirlər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, vətəndaşlar belə yumurtaları alarkən diqqətli olmalıdılar. Çünki satıcılar ikisarılı yumurta adı ilə içərisində bir sarısı olan yumurtan sata bilərlər.
Eyyub Husyenovun sozlərınə görə, ancaq yaxsı bəslənmiş toyuqlar belə yumurta verə bilər.
İstehlakçıları aldadan belə sahibkarlar isə 400 manata qədər cərimə oluna bilərlər.
Milli.Az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.