Qadin.NET / Azərbaycanda yollar sukeçirməyən örtüklə döşənə bilər

Azərbaycanda yollar sukeçirməyən örtüklə döşənə bilər

Azərbaycanda yollar sukeçirməyən örtüklə döşənə bilər


Azərbaycanda sürüşmə ərazilərində yollar atmosfer yağıntılarından qorunmaq üçün sukeçirməyən örtüklə döşənə bilər.

Day.Az Trend-ə istinadən xəbər verir ki, qeyd edilən tələb yeni hazırlanmış "Ərazilərin, bina və qurğuların sürüşmə və uçqunlardan mühəndis mühafizəsi" adlı sənəd layihəsinə daxil edilib.

Layihəyə görə, ərimiş qar və yağış sularının tikinti aparılmış ərazidən, keçid və meydanlardan (mühafizə zonalarının hüdudlarından kənar) sürüşmə və uçqun zonalarındakı suaxınına axıdılmasına yalnız xüsusi əsaslandırmalarla yol veriləcək.

Sürüşmə zonalarında yerləşən kollektorlar üzərində təmizləyici qurğuların qurulmasına icazə verilməcəyək.

Bundan əlavə, yağıntı və qar ərimə müddətlərində çala və xəndəklərin açıq, həmçinin qazıntı yamaclarının bərkidilməmiş saxlanılmasına yol verilməyəcək. Yerli inşaat materiallarının çıxarılması üçün sürüşmə və uçqun ərazilərdə sahil və sualtı karyerlərin yerləşdirilməsinə icazə verilməyəcək.

Bu normalar ərazilərin, bina və qurğuların sürüşmə və uçqun proseslərindən mühafizəsi üçün tətbiq edilir.

1 dekabr 2016
GO BACK