Qadin.NET / Günün qoroskopu: yeniliklər və dəyişikliklər dövrüdür

Günün qoroskopu: yeniliklər və dəyişikliklər dövrüdür

Günün qoroskopu: yeniliklər və dəyişikliklər dövrüdür


Qoç - istirahəti unudaraq aktiv çalışın. Ünsiyyəti məhdudlaşdırın, ümumi maraqlarınız olan insanla birgə fəaliyyətin prinsiplərini razılaşdırın. Uzaqdan xoş xəbərlər alacaqsınız. Həmfikirlər sizə yardım edəcəklər. Günün ikinci yarısında gərəksiz əşya və ya mənasız hissdən qurtulun. Ailə və evin sizin təşəbbüsünüzə ehtiyacı var.

Buğa - bu gün introvert əhvaldasınız. Gələcəklə bağlı planlar qurun. İşgüzar toplantılara qatılın, peşəkar məsələləri həll edin, yazışın. Ən zəif müqavimət yolunu seçin və hadisələrin müstəqil inkişaf etməsinə mane olmayın. Yaşam sizdən aktiv və sürətli qərarlar tələb edir. Yaşananlara ciddi yanaşın.

Əkizlər - yaxın ətrafınızda mühüm hadisələrin ərəfəsi başlanır. Proseslərin mərkəzində olmağa çalışın. Aldığınız məlumatları təhlil edin ki, yaşanan olaylar sizi naqolay vəziyyətdə qoymasın. Borc vermək və ya borc almaq məsləhət deyil. Üstün olduğunuzu hiss etdiyiniz sahələrdə təkmilləşməyə çalışın.

Xərçəng - ev işləri, ailəvi tədbirlər, alınan əşyaların müzakirəsi üçün əlverişli zamandır. Əmlak məsələlərini həll etmək olar. Süni təkana əl atmayın. Fiziki iş üçün yaxşı zamandır.

Şir - tərəfdaşlarınızı diqqətlə dinləyin. Bu gün yaxşı məsləhətlə bahəm, sizi çoxdan bəri narahat edən suala cavab ala bilərsiniz. Ciddi problemləriniz varsa, məşvərət almaq üçün əlverişli gündür. Axşam saatları yeni mövzu impuls səviyyəsində təkan verə bilər.

Qız - şəxsi münasibətlərdəki çətin situasiyanı müzakirə etmək üçün münbit zəmin yaranır. Səfər, çoxdan bəri ünsiyyətdə olmadığınız insanla təmasların bərpası üçün yaxşı vaxtdır. Çox çalışmaq sizdə ifrat yorğunluq hissi yarada bilər. Yaşam arealı ilə yanaşı, fikirlərinizdə nizam yaradın.

Tərəzi - yarımçıq işi başa vurmaq, kiçik təmirlə məşğul olmaq olar. Əyləncələr romantik hisslər yaratmayacaq. Amma ünsiyyətdən praktiki fayda əldə etmək olar.

Əqrəb - münasibətlər, maliyyə məsələləri və borc problemləri ön plana çıxır. Bəzi qərarları yeniləri ilə əvəzləmək zamanıdır. İki bənzər variant arasında seçim etmək asan deyil. Həyatınızda yeniliklər və dəyişikliklər dövrüdür. Lakin onlar asan olmayacaqlar.

Oxatan - münasibətlərdəki durum sizi əvvəlki dövlərdəki kimi qane etmir. Sizsiz də problemli yönlərini nümayiş etdirən məsələləri daha da ağırlaşdırmayın. Günün ikinci yarısında qəfil hadisə və ya gözlənilməz xəbərə dürüst reaksiya verin. Seçiminiz ani, dəqiq olsun.

Oğlaq - münasibətlərdə harmoniya yaradın. Situativ marağı uzunmüddətli proqrama döndərə bilərsiniz. Səhhətinizə fikir verin. Bir işi yarımçıq qoyub başqasına başlamayın. Tərəfdaşlar fəaliyyət müstəvisini genişləndirmək istəyirlər. İşlərin əsas hissəsinin onlar tərəfindən yerinə yetirilməsinə mane olmayın.

Dolça - hadisələr indi aktiv formalaşma mərhələsindədir. Laqeyd seyrçi mövqe tutmayın, konkret nəticələrdən asılı duruma düşməyin. İşdə dəqiq olun, təlimatlara və intizama riayət edin. Yaxınlarınıza hədiyyələr verin.

Balıqlar - situasiya cari planları dəyişə bilər. Dəyişikliklərin arxasında sizə optimal olan perspektivləri görsəniz, təhlükəsizlik hissi bərpa olunacaq. Şəxsi münasibətlərdə güzəştə getməyi bacarın. Səmimi və qayğıkeş olun. Hisslərdə gərginlik varsa, uzun-uzadı müzakirələrə can atmayın.

Milli.Az

30 noyabr 2016
GO BACK