Qadin.NET / Uşaqlar arasında xəstəliklərlə bağlı vəziyyət açıqlandı - Təhlükə varmı?

Uşaqlar arasında xəstəliklərlə bağlı vəziyyət açıqlandı - Təhlükə varmı?

Uşaqlar arasında xəstəliklərlə bağlı vəziyyət açıqlandı - Təhlükə varmı?


Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bu gün "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş tədbirdə deyib.

N.Quliyev qeyd edib ki, əvvəlki illərdə olduğu kimi bu il də havanın soyuması ilə əlaqədar soyuqdəymə halları çoxalmağa doğru gedir: "Bunun da günahkarı valideyn və tibb işçiləridir. Çünki uşaqların geyiminə, sağlamlıqlarına nə qədər çox nəzarət etsək, mövsümi xəstəliklərin sayının azalmasına bir o qədər nail ola bilərik. Diqqətli olmayanda, uşağı soyuq havaya uyğun geyindirməyəndə, yayda uşaqların sağlamlığını möhkəmləndirən tədbirləri aparmayanda, isti havalarda uşaqlara günəş, qum vannası qəbul etdirmədikdə, xəstə uşağı məktəbə, bağçaya göndərəndə mövsümi xəstəliklərin sayı çoxalır. Buna görə də birinci tövsiyəmiz budur ki, uşaqlara qarşı hər kəs diqqətli olmalıdır. Uşaqlar isti havalarda dənizdə günəş vannası, qum vannası qəbul etməlidirlər".

Dünyada olduğu kimi, Azərbaycanda da uşaqlar arasında tənəffüs sistemi xəstəliklərinin birinci yerdə olduğunu deyən N.Quliyev əlavə edib ki, bu, tənəffüs sisteminin xarici mühitlə sıx təmasda olması ilə bağlıdır: "Uşaq dünyaya gələndə tənəffüs orqanları tam formalaşmadığına görə bu xəstəliklər daha çox qeydə alınır. Tənəffüs sistemi tam olaraq uşaq 8 yaşına çatanda formalaşır".

Baş pediatr bildirib ki, uşaqların xəstələnməməsi üçün qidalanma ən vacib faktorlardan biridir.

Onun sözlərinə görə, uşaqlar tam keyfiyyətli qida ilə qidalandırılmadıqda çoxsaylı problemlər ortaya çıxır: "Soyuq havalarda uşaqları adaptasiya aparmaq şərti ilə havaya çıxarmaq vacibdir. Moskvada yeni doğulmuş körpələri də mənfi 10-15 dərəcədə bayırda gəzdirirlər. Açıq hava həm böyüklərə, həm də uşaqlara faydalıdır".

Milli.Az

29 noyabr 2016
GO BACK