Qadin.NET / DİQQƏTLİ OLUN: İnternetdən istifadə edənlərin NƏZƏRİNƏ

DİQQƏTLİ OLUN: İnternetdən istifadə edənlərin NƏZƏRİNƏ

DİQQƏTLİ OLUN: İnternetdən istifadə edənlərin NƏZƏRİNƏ


Dünyanın ən məşhur internet axtarış sistemi olan Google.com-a daxil olarkən bir səhviniz sizə baha başa gələ bilər.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, Google.com əvəzinə yanlışlıqla Йўoogle.com-a girsəniz, bir hərf səhvi ciddi problemlə nəticələnər.

Yeni ortaya çıxan Йўoogle.com adlı sayt, bildiyimiz Google.com (ya da google.com) deyil. Onun adının birinci hərfi G şəklində yazılan böyük hərfin kiçik ölçüdə yazıldığı bir "unicode" ilə ayarlanıb. 

Əslində Йўoogle.com-a girdiyinizdə spam olunmuş bir sayt açır. Açıldığında klassik bir Google səhifəsi yerinə tam fərqli bir görünüşə sahib olan Йўoogle.com görünür.

Йўoogle.com-a daxil olmanız kompüterinizdə hər hansı problemlərə yol aça bilər! Bu mənada xüsusilə kompüterdən istifadəni bilməyən şəxsləri, ya da yeni istifadə etməyə başlayanları xəbərdar etmək üzləşiləcək problemdən ən əhəmiyyətli bir çıxış yolu ola bilər.

 

Milli.Az

26 noyabr 2016
GO BACK