Qadin.NET / “Bakı Metropoliteni”nə subsidiya azaldılır

“Bakı Metropoliteni”nə subsidiya azaldılır

“Bakı Metropoliteni”nə subsidiya azaldılır


2017-ci ildə "Bakı Metropoliteni" QSC-yə sərnişindaşımadan yaranacaq zərərin ödənilməsi üçün 2015-2016-cı illərin müvafiq göstəricilərindən 7 998,2 min manat və ya 21,0% az olmaqla 30 000,0 min manat vəsait (subsidiya) proqnozlaşdırılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Report Hesablama Palatasının 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə rəyinə istinadən xəbər verir.

Hesablama Palatasının apardığı nəzarət tədbiri ilə müəyyən edilib ki, metropolitenlə sərnişindaşıma xidmətlərinin maya dəyərinin artırılmasının qarşısının alınması, Cəmiyyətin strukturunda olan qeyri-kommersiya təyinatlı obyektlərin (metropolitenlə sərnişindaşıma xidmətinə aid olmayan) fəaliyyəti ilə bağlı müxtəlif xərclərin, normalara uyğun olmayan ezamiyyə xərclərinin azaldılması, mühasibat uçotunun qanunvericilik aktlarının tələblərinə tam şəkildə uyğunlaşdırılması və maliyyə-uçot intizamının gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi "Bakı Metropoliteni"nə ayrılan subsidiyaların azaldılmasına və dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsinə gətirib çıxaracaq.

Milli.Az

26 noyabr 2016
GO BACK