Qadin.NET / "Noyabrın 30-dan sonra Azərbaycana çoxlu sayda turist gələcək"

"Noyabrın 30-dan sonra Azərbaycana çoxlu sayda turist gələcək"

"Noyabrın 30-dan sonra Azərbaycana çoxlu sayda turist gələcək"


"Noyabrın 30-dan başlayaraq dekabrın 5-6-na qədər ərəb ölkələrindən, xüsusilə Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana çoxlu sayda turist gələcək".Day.Az xəbər verir ki, bunu azvision.az-a Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, Yeni il ilə əlaqədar artıq Bakıda və regionlarda yerləşən mehmanxanalarda otaqlar ərəb turistləri tərəfindən bron edilib, boş yerlərin sayı məhduddur."Bayram ərəfəsində ərəb ölkələrindən, Rusiyadan və digər ölkələrdən Azərbaycana gələn turistlərin çoxluğunu hiss edəcəyik. Artıq regionlarda, xüsusilə Qəbələ, Qusar, Qubada olan otellərdə, demək olar ki, yer yoxdur".
N.Bağırov bildirib ki, ərəblərdən sonra Azərbaycana qış turizminə meyli olan turistlər arasında Rusiya vətəndaşları üstünlük təşkil edirlər."Yeni il ərəfəsində ölkəyə xeyli sayda rusiyalı turist gələcək, çünki onlar xizək turizminə daha çox meyllidirlər".N.Bağırov ərəb ölkələri ilə bağlanılan yeni müqavilələrə diqqət çəkərək bildirib ki, bu, daha çox ərəb turistlərin Azərbaycana gəlməsinə imkan verəcək.
26 noyabr 2016
GO BACK