Çin alimləri genişmiqyaslı tədqiqat nəticəsində xərçəngin müasir müalicə üsullarının düzgün olmadığı qənaətinə gəliblər. Belə ki, hazırda xərçəng xəstəsinə elə kimyəvi terapiya dozası təyin edirlər ki, həmin doza ölümcül sayıla bilər.Milli.Az sputnik-ə istinadən xəbər verir ki, Çin alimlərinin fikrincə, onkologiyanın müalicəsi üçün az dozada kimyaterapiyadan istifadə etmək lazımdır, eyni zamanda xərçəng hüceyrələri ilə "nöqtəvi" mübarizə aparmaq lazımdır. Yəni kimyəvi dərmanlar xərçəngin olduğu bölgəyə lokal şəkildə tətbiq edilməlidir. Mütəxəssislər xərçəng hüceyrələri yeritdikləri siçanlar üzərində eksperiment həyata keçiriblər. Məlum olub ki, şişin götürülməsindən sonra qalan xərçəng qalıqlarını az dozada kimyaterapiya daha yaxşı məhv edir, nəinki bütün orqanizmə vurulan "kütləvi zərbə". Siçanlar üzərində aparılan eksperiment göstərib ki, az dozada xərçəng yatağına tətbiq olunan kimyəvi terapiya onların ömrünü uzadır. Qeyd etmək lazımdır ki, son zamanlar həkimlər tez-tez kimyaterapiyanın fəal şəkildə tətbiqinin əks effekt verdiyini bildirirlər.
Milli.Az