Rumıniyada uşaqların çox sevdiyi "Kinder Sürpriz"in hazırlanması haqqında yeni məlumatlar əldə edilib.
Milli.Az-ın Britaniyanın nüfuzlu "The Sun" nəşrinə istinadla verdiyi məlumata görə, "Kinder" şokoladlarının hazırlanmasında və yumurtaların içərisinə oyuncaqların qoyulmasında uşaq əməyindən istifadə edilir. Orada işlədilən uşaqların 6-11 yaşları var.
Onlar gün ərzində 13 saat işləyirlər. Uşaqların ailələrinə hər yumurtaya görə təxminən 7 manat ödənilir.
"Kinder" şirkətində işləyənlərdən biri "The Sun"a verdiyi açıqlamada bildirib ki, "Əgər "Ferrero Rocher"in müdirləri Rumıniyada olanları öyrənsələr, infarkt keçirə bilərlər".
Reuters agentliyi bildirib ki, xəbər "The Sun" agentliyində yayıldıqdan sonra İtaliyanın şokolad firması Ferrero Rocher məsələ ilə bağlı araşdırmalara başlayıb.
Milli.Az