Qadin.NET / Bakıda ikinci əl avtomobillər bahalaşmağa başladı

Bakıda ikinci əl avtomobillər bahalaşmağa başladı

Bakıda ikinci əl avtomobillər bahalaşmağa başladı


Azərbaycanda ikinci əl avtomobil bazarı təşviş içindədir. Belə ki, hazırda ikinci əl avtomobil bazarında alıcı tapılmır.Amma buna baxmayaraq avtomobillər sürətlə bahalaşır. Avtomobil bazarında  durğunluq elan saytlarında da hiss olunur.
Milli.Az fins.az-a istinadən bildirir ki, oktyabr ayının 15-dən etibarən avtomobillərin internet üzərindən satışları da demək olar ki  dayanıb.
İkinci əl avtomobillər 20-30% bahalaşdı
Sentyabr ayında ikinci əl avtomobil satışlarında  nisbi canlanma  yaranmışdı.  Dolların bahalaşması yenidən vəziyyəti dəyişib. Oktyabr ayının ortalarına kimi bir həftədə 1200-1500 avtomobil elanı yerləşdirilirdi. Onun 90 %-i ikinci əl avtomobil modelləri ilə bağlı olurdu. Bir həftədə 200-300 avtomobil satılırdı. İndi bu rəqəm cəmi 5-10 avtomobilə qədər düşüb. Buna baxmayaraq, avtomobillər 20-30% civarında bahalaşıb.Ekspert bildirir ki,adi qaydada satışlar artdığı zaman  avtomobillərin qiymətində bahalaşma müşahidə edilir.
1.70 manata kimi bahalaşan dollar qiymətləri artırır
Bu dəfə isə  dolların 1.70 manata qədər bahalaşması qiymət artımına səbəb olub. Onun sözlərinə görə, adətən belə vəziyyətlərdə heç kim avtomobil almağa tələsmir və alıcılar gözləmə mövqeyində qalırlar.V.Hüseynov hesab edir ki, avtomobillərin satış qiymətlərinin artımı isə təbiidir. Məsələn, sentyabrda 10 min manatlıq avtomobil 6 min dollar  idisə, eyni avtomobili müştəri indi satdığı halda bu məbləğ 4 min dollar təşkil edəcək. Belə olan halda isə satışı itirmiş olur.  Avtokmobillərin ikinci əl avtomobillərin böyük hissəsi dollarla satılır. Avtomobili manatla satıb həmin pula dollarla satılan avtomobil almaq istəyən müştəri də  qiyməti artırmalı olur.
 10 min manatlıq avtomobili 11-12 min manata kimi bahalaşdırırlar
Nəticədə  elanla avtomobil satanlar sürətlə qiymətləri yeniləməyə başlayıblar. Əgər əvvəl bir həftədə 1200-1500 avtomobil elanı yerləşdirilirdisə, indi yeni elanların əvəzində həmin müştərilər avtomobillərin qiymətlərini dəyişirlər. Məsələn, bir neçə ay əvvəl yerləşdirilən satılmayan avtomobillərin qiymətləri yenilənir. Əvvəl 10 min manata satışa çıxarılan avtomobilin qiyməti yenilənərək 11-12  min manat edilir. 
  Bu avtomobilləri hələ də alırlar
Hazırda satılan avtomobillər qiyməti 10 min manata kimi 1998-2000-ci illərə aid "Mercedes", "Opel" modelləri, 2006-2013-cü illərə aid  "KİA" və "Hyundai" modelləridir. Belə ki, yerli avtomobil alıcıları köhnə  "Mercedes" və "Opel"lər qiymət baxımından daha məqsədəuyğun hesab edir. Ekonom klass "Kia Rio",  " Kia Cerato", "Hyundai Accent" modellərini isə daha çox taksi kimi sürmək üçün alırlar.
Durğunluq dekabrda da davam edəcək
İlin sonuna kimi dolların 2 manata kimi bahalaşması gözləntisi hələ uzun müddət avtomobil bazarında durğunluğun davam edəcəyindən xəbər verir. Onun sözlərinə görə, yerli iqtisadi səbəblərlə yanaşı, FED-in  uçot dərəcəsini qaldıracağı ilə bağlı gözləntilər bunun deməyə əsas verir. Avro dollar qarşısında möhkəmlənə bilmirsə, manatın möhkəmlənə biləcəyi hazırda ağla batan deyil. Belə olan halda isə heç kim avtomobil almağa maraq göstərməyəcək. 
Milli.Az
23 noyabr 2016
GO BACK