Azərbaycanda bu gündən etibarən təxminən iki gün ərzində hava şəraitinin dəyişəcəyi, şaxta olacağı bildirilir.
Sabah Bakı və Abşeron yarımadasında arabir yağıntı olacaq. Küləyin əsəcəyi və qar yağacağı gözlənilir,.
Bu gün səhərdən başlayan pis hava şəraiti sabah axşamadək davam edəcək.
Bununla əlaqədar şəhər ətrafı ərazilərdə yolların buz bağlama ehtimalı var.
Bakı Nəqliyyat Agentliyi yolların buz bağlaması ehtimalı ilə əlaqədar paytaxtda sərnişindaşıma ilə məşğul olan şirkətlərə xəbərdarlıq edib.
Agentlik şirkətlərə avtobusları xəttə buraxmazdan qabaq texniki yoxlanışdan keçirməyi və avtobus salonlarında isitmə sisteminin işlək vəziyyətə gətirilməsini, sürət həddinə əməl etməyi və sərnişinləri dayanacaqlarda gözlətməmək üçün avtobuslararası intervalı tənzimləməyi tapşırıb.
Şimal və şərq rayonlarında arabir yağıntı - qar gözlənilir və duman olacağı güman edilir. Gündüz zamanı şərq küləyi arabir güclənə və havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta ola bilər.
Belə qeyri-sabit hava şəraiti cümə axşamı gününədək davam edəcək.
Milli.Az