Qadin.NET / Facebook yalançıları belə tutur

Facebook yalançıları belə tutur

Facebook yalançıları belə tutur


Bir müddət əvvəl Facebook-un prezident seçimlərindəki nəticələrə göstərdiyi təsir haqda məlumat paylaşılmışdı. Hətta bu prezident seçimlərində Hillari Klinton tərəfdarlarının ortaya çıxmış nəticələrə görə Mark Zukerberqi və Facebook-u günahlandırdığı bildirilmişdi. Bunun isə əsas səbəbi Facebook-da yalan xəbərlərin yayılması və xəbər seçimində filtrləmənin olması idi.

Təbii ki, Mark buna öz münasibətini bildirmiş və insanların seçim haqqının olduğunu xatırlatmışdı. Amma buna baxmayaraq yalan xəbərlərin varlığını inkar etmək mümkün deyil. Milli.Az technote.az-a istinadən xəbər verir ki, buna görə də Facebook da Google kimi bu mövzuda çalışdıqlarını və tezliklə yalan və gerçək xəbəri bir-birindən ayırmağı bacaran proqram ortaya çıxaracaqlarını bildirmişdilər. Amma təbii ki, bu, deyildiyi qədər asan proses deyil. Bir tərəfdən bütün gerçəklik payı olmayan xəbərlərin ortadan qaldırılması mümkün olmadığı kimi, yalanı ortaya çıxaran alqoritmin hazırlanması da o qədər asan deyil.

Amma Bristonda keçirilən hackaton-da 4 tələbə bu problemi 36 saatda həll edə bilib. Bu tələbələr 36 saatda Chrome brauzeri üçün əlavə hazırlayıb və bunu "Yalanla yaşamağı dayandırın" deyə adlandırıblar. Komanda üzvlərindən biri magistr, biri birinci kurs tələbəsi, digər ikisi isə ikinci kurs tələbəsi olub. Komanda üzvləri Massaçusetts və İllinoys universitetlərinin tələbələridir.

Onların təklif etdiyi alqoritmə görə, bütün xəbər, şəkil və linklər də daxil olmaqla hər şey yoxlanılır. Bundan əlavə, linklər saytın reytinqinə görə, viruslu olub-olmamasına görə yoxlanılır. Həmçinin əgər xəbərdə tweet qaynaq olaraq göstərilibsə, onda alqoritm onu da yoxlayaraq həmin məlumatın doğruluğunu və ya yanlışlığını təsdiqləyir.

Tələbələr əlavəni brauzerə açıq kod şəklində yerləşdiriblər. Yəni istəyən developer öz proqramı üçün bu kodlardan istifadə edə bilər.

Təbii ki, bu kodlar müəyyən mənada Facebook üçün istifadə oluna bilər. Amma sosial şəbəkədə yer alan xəbərlərin çoxluğunu nəzərə alsaq, bu kodlar üzərində ciddi çalışmaq tələb olunur.

Onu da qeyd edək ki, keçirilən bu hackaton-un sponsorlarından biri də Facebook olub.

Milli.Az

 


22 noyabr 2016
GO BACK