Qoç - bütün uğursuzluq və çətinlikləri ürəyinizə salmayın. Fikrə düşməyin, bədbinləşməyin. Yaxınarınız sizə yardım etmək istəyir, amma sizin laqeydliyinizi görərək kənar dururlar. Onlar ünsiyyəti minimuma endirirlər.
Buğa - alış-veriş, faydalı fəaliyyət üçün münasib zamandır. Kiçik məsələlərdə hiyləgərlik etməyin. Yalanlarınızın üstü tezliklə açılacaq. Bu isə həddən ziyadə xoşagəlməz məsələdir.
Əkizlər - fəlsəfənin bəzi müddəalarını indi gerçək həyata tətbiq edə bilərsiniz. Çoxsaylı faydalı məlumatlar əldə etmək üçün səy göstərin.
Xərçəng - bir sıra problemləri həll etməyə və əvvəllər hazırladığınız planları reallaşdırmağa imkan verən gündür. Nəyi niyə etdiyinizi yaxşı anlayın ki, kobud səhvlərə yol verməyəsiniz. Yeniliyi tez əxz edin.
Şir - evlə bağlı problem sürətlə həllini tapacaq. Yaxınlarınızla asanlıqla dil tapın. Dəyər verdiyiniz insanları sevindirməyə tələsin. Yeni hisslərə başlamaq üçün münasib zamandır. İntuisiya sizi aldatmayacaq. Etibarınıza layiq insanla tanış olun.
Qız - hər addımınızı yüz ölçüb bir biçin. İlk baxışda gözə dəyən qərarların əksəriyyətinin dürüst olmadığını anlayın. İşdə həmkarlarınızla çoxsaylı fikir ayrılıqları stress və əsəbə səbəb ola bilər.
Tərəzi - təxribatlara uymayın, yalanlara aldanmayın. Bədxahlar sadəlövhlüyünüzdən yararlana bilərlər. Manipulyasiyalar və intriqalar toruna düşə bilərsiniz.
Əqrəb - potensial iş yeri sahibləri və işgüzar tərəfdaşlarla görüş üçün yaxşı zamandır. Yaxınlarınızla səmimi, həssas olun. Onlar hər qələbənizə sevinirlər.
Oxatan - əs cins mənsubu ilə münaqişə ehtimalı artır. Sözlərinizə kəskin reaksiya verilir. Günün ikinci yarısı daha uğurludur və işdə müvəffəqiyyətlər vəd edir.
Oğlaq - günün ilk yarısında mühüm işə başlamayın. Bu dövrdə təməli qoyulan proseslər sonradan qənaətbəxş nəticələr verməyəcək. Müttəfiq axtarışlarınız konkret nəticə verməyəcək. Sərt tənqidlərə əl atmayın, aqressiv davranmayın.
Dolça - özünüzə çox güclü düşmən qazanacaqsınız. Maliyyə itkiləri, uğursuz anlaşma, cərimə təhlükəsi var. Borc vermək məsləhət deyil. Borc ala bilərsiniz.
Balıqlar - yetərincə çətin gündür. Çox işləməli, yanlışlıqların fəsadlarını aradan qaldırmalı olacaqsınız. İşdə rəhbərliklə fikir ayrılıqları, mübahisələr yaranacaq. Rütbəyə, vəzifəyə, tutduğu mövqeyə baxmadan insanları sərt tənqid etməyin.
Milli.Az