Qadin.NET / İdmançımız dünya çempionu oldu

İdmançımız dünya çempionu oldu

İdmançımız dünya çempionu oldu


Azərbaycanın və "Qəbələ" İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.

Day.Az apasport.az-a istinadən xəbər verir ki, təmsilçimiz Fransanın Marsel şəhərində keçirilən döyüş gecəsində rinqə çıxıb.

Nəbiyev muay-tay növü üzrə dünya çempionu kəməri uğrunda mübarizə aparıb. 79,3 kq çəki dərəcəsində planetin ən yaxşısı olmaq üçün rinqə çıxan Alim fransalı Yohan Lidonla qarşılaşıb.
 
Gərgin keçən 5 raundluq döyüşdə xal hesabı ilə qalib gələn idmançımız WMS versiyası üzrə dünya çempionu adına yiyələnib.

 

Day.Az

21 noyabr 2016
GO BACK