Qadin.NET / 35 yaşından sonra "başını buraxmalı" olduğunuz 17 ŞEY

35 yaşından sonra "başını buraxmalı" olduğunuz 17 ŞEY

35 yaşından sonra "başını buraxmalı" olduğunuz 17 ŞEY


Bəzən həyatınızı kökündən dəyişmək lazımdır.

Milli.Az publika.az-a istinadən bildirir ki, 35 yaşından sonra bəzi şeylərə qadağa qoymaq lazımdır.

1. Həddindən çox fast-food yemək.

Səhər hamburger, axşam pizza, həftəsonu içdikdən sonra dönər yemək orqanizminə ağır yük altına salır. Bir yaşdan sonra bədəninizə daha yaxşı baxmaq lazımdır.

2. Spirtli içkidə limit tanımamaq.

Çox içki içmək qara ciyərlərinizə və qan təzyiqinizə zərər verir. Hətta depressiyanın səbəblərindən biri də çox içməkdir.

3. Sizə dəyər verməyən insanlardan uzaqlaşın.

Sizə gözlədiyiniz hörməti, dəyəri verməyən adamları həyatınızdan çıxarın.

4. Dırnağınızı yeməyin!

Əslində bu çox da faciəvi bir şey deyil, amma higyenik və daha sağlam olmaq üçün dayandırmalısınız. Bunun əvəzinə daha sağlam işlərlə məşğul olun, məsələn su için.

5. Stressli olduğunuz üçün yemək yeməyin.

Yeməyin sizin emosiyalarınıza heç biri təsiri yoxdur.

6. Keçmişlə yaşamaq.

Keçmişdə yaşadıqlarınız həmişə sizinlə qalacaq. Ancaq çalışın keçmişdə ilişib qalmayın və gələcəyə baxın.

7. Özünüzü ən ağıllı hesab etməyin.

Əlbəttə özünüzü çox ağıllı görə bilərsiniz, ancaq unutmayın ki, sizdən də ağıllı olanlar var.

8. Başqasından təsdiq gözləməyin.

Öz həyatınızla bağlı qərarlar verəndə, başqalarının nə düşünəcəyini unudun.

9. Düzgün şəkildə yatmaq.

Gecə yaxşı yatmaq çox vacibdir. Artıq 35 yaşınız varsa, bu daha vacibdir.

10. Səhər yeməyini yola vermək.

Səhər yeməyinin vacibliyindən həkimlər çox danışıb. Qan dəyərləriniz, enerjiniz və sizi güclü edən hər şeyə təsiri var.

11. Hər yerə gecikmək.

Getdiyiniz hər yerə gecikmək, siz hiss etməsənizdə stressli adama çevirir. Gündəlik həyatınızı plana salın.

12. Özünüzü başqası ilə müqayisə etmək.

Buna ehtiyacınız yoxdur. Öz gücünüzə inanın və başqaları ilə özünüzü müqayisə etməyi dayandırın.

13. Əsəbi və gərgin yaşamaq.

Bütün həyat belə keçməz. Bir yaşdan sonra daha sakit olmağı bacarmaq lazımdır.

14. Həkim məsləhəti olmadan dərman içmək.

Cavan vaxtı bunun təsirini hiss etmirsiniz ancaq müəyyən yaşdan sonra həkimlə məsləhətləşmək vacibdir.

15. Yalan danışmaq.

Yalan danışmaq sizi həm fiziki, həm də mənəvi olaraq yorur.

16. Siqaret çəkmək.

Siqaret onsuzda zərərlidir ancaq 35 yaşdan sonra dayandırsanız özünüzü daha yaxşı hiss edəcəksiniz.

17. Saatlarla televizor izləmək.

Saatlarla televizor qabağında vaxt keçirməyin başını buraxın. Daha fərqli şeylərə vaxt ayırın.

Milli.Az

19 noyabr 2016
GO BACK