Qadin.NET / FED-dən açıqlama gəldi - Dollar bahalaşa bilər

FED-dən açıqlama gəldi - Dollar bahalaşa bilər

FED-dən açıqlama gəldi - Dollar bahalaşa bilər


ABŞ iqtisadiyyatında yeni iş yerlərinin açılması və inflyasiya göstəricisində müşahidə olunan yüksəlişlə Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsinin yaxın perspektivdə artırılması imkanı əldə edib.

Day.Az fins.az-a istinadən bildirir ki, bunu FED rəhbəri Cannet Yellen bu gün ABŞ Senatındakı çıxışında deyib.
FED rəhbəri faizləri artırmaq üçün çox uzun müddət gözləməyin riskli olduğunu deyib və belə olarsa, gələcəkdə daha kəskin faiz artırmaq məcburiyyətinin yarana biləcəyini vurğulayıb. C.Yellen hazırda ABŞ iqtisadiyyatının mərhələli faiz artımına izn verdiyini söyləyib.
Qeyd edək ki, FED-in növbəti iclası 13-14 Dekabr tarixlərində Vaşinqtonda keçiriləcək. Müddətli müqavilələrə görə, Fed-dən gələn ay faiz artırımı gözləntisi 94%-dir. Fedin bu ayın əvvəlindəki son toplantısında Fed rəsmiləri faiz artırımı üçün şərtlərin güclənməyə davam etdiyini və ABŞ iqtisadiyyatında risklərin balanslaşdırıldığını bildirmişdi.
Yellenin çıxış mətnindən sonra qlobal bazarlarda Dolların bahalaşması yenidən sürətlənib. Avro/dollar məzənnəsi 1.0688 səviyəsinə düşüb.

18 noyabr 2016
GO BACK