Soda (karbonat) evdə geniş istifadə edilən məhsullardan biridir. Amma onun tibbi tərəflərini hər kəs bilmir.
Milli.Az axşam.az-a istinadən bildirir ki, soda müntəzəm istifadə edildikdə bədənin turşu balansını azaldır.
Sodalı su içmək mədə qıcqırmasının qarşısını alaraq turşunu təsirsiz hala gətirir.
Bir stəkan suya qarışdırılan sodanı içmək iltihabın və köpün qarşısını alır. Beləcə, həzm pozuntusu problemi yaşamamış olursunuz.
Sodalı suyu hazırlamaq üçün 1 litr yarım suya ehtiyacınız var. Suyu geniş bir qaba boşaldıb içinə 1 çay qaşığı soda əlavə edin. Soda əriyənə qədər qarışdırın. Ya da suyu bir şüşə qaba boşaldıb soda əriyənə kimi çalxalaya bilərsiniz.
Sodalı suyu yeməklərdən yarım saat əvvəl içməlisiniz. Yemək yedikdən 1 saat sonra da sodalı su içə bilərsiniz.
Qeyd edək ki, bədəndəki turşuluğun çox olması sümük əriməsi, (osteoporoz) , sümük iltihabı (artryt) və hətta, xərçənglə də bağlı ola bilər. Sodalı su bunun da qarşısını almağa yardımçı olur.
Milli.Az