Qadin.NET / 35 yaşdan sonra ana olmağın FAYDASI

35 yaşdan sonra ana olmağın FAYDASI

35 yaşdan sonra ana olmağın FAYDASI


Gec yaşda ana olmaq beyni gücləndirir.

Milli.Az publika.az-a istinadən bildirir ki, ABŞ-da aparılan bir araşdırmaya görə, 35 yaşdan sonra ana olan qadınların yaddaşı və qavrama qabiliyyəti daha yaxşı olur.

Cənubi Kaliforniya Universiteti tərəfindən aparılan araşdırmada orta yaşda olan 830 qadının məlumatları öyrənilib. Gec ana olmaqla beyin fəaliyyəti arasında əlaqələr araşdırılıb.

Məlum olub ki, 20-30 yaş arasında ana olan qadınların beynində bir dəyişiklik olmur. Əksinə, 35 yaşdan sonra ana olanlarda müsbət dəyişikliklər qeydə alınır.

Araşdırmanı aparan Roksana Karim iddia edir ki, əldə etdikləri nəticə digər mütəxəssislər tərəfindən dəstəklənərsə, qadınların uşaq dünyaya gətirmək yaşı və qocalarkən məruz qaldıqları alzaymer xəstəliyinə qarşı yeni bir ümid olacaq.

Milli.Az

17 noyabr 2016
GO BACK