Evlilik təklifi edəcək kişi seçiminin nə qədər uğurlu olacağını bilmək istəyirsə, mütləq sevdiyi qadının bürcü ilə maraqlanmalıdır. Çünki bəzən bürclər insan haqqında sezə bilmədiyimiz ən doğru məlumatları verə bilər. Əgər hələ də seçim etməmisinizsə, bürclərə görə evləniləcək ən yaxşı qadınları siz də tanıyın. Bəlkə seçiminizi elə bu üç bürc altında doğulan qadında etdiniz.
Milli.Az publika.az-a istinadən həmin bürcləri təqdim edir:
Kraliça Xərçəng (22 iyun- 22 iyul)
Bu bürc altında doğulan qadınlar sevgilisinə qarşı güclü emosionallıq duyurlar. Onlar sevdiyi insana görə hər şeyə hazır olurlar. Əgər siz bu bürc altında doğulan qadınla evlilik düşünürsünüzsə, seçiminiz doğrudur. Çünki bu qadın sizin xoşbəxtliyiniz üçün hər şey edəcək. Digər tərəfdən bu qadınlar önəmi olmayan bir çox şeyi dramatikləşdirə və lazım olmayan hadisələrlə bağlı həddindən artıq həyəcan keçirə bilərlər. Ümumiyyətlə, xərçəng qadınlar evdə rahatlıq yaratmağı bacarırlar. Bundan başqa onlar çox yaxşı aşpaz, övladlarına isə yaxşı anadırlar. Bu qadınlar aşiq olduğu insandan düzgünlük və mehribanlıq gözləyir.
Hökmdar Qoç (21 mart - 20 aprel)
Qadın-qoç kişiləri onların ayaqları altında düşməyə məcbur edir. Çünki onlar çox güclü xarakterə malikdirlər və yenilməzdirlər. Onlar həmişə qoyduqları məqsədə çatmağı bacarırlar. Əgər sizə mənən güclü qadın lazımdırsa, qadın-qoç məhz sizə görədir. Belə qadınlar sizdən hər şeydə dəstək gözləyəcəklər. Qoçlar öz kişilərini daha güclü, daha məsuliyyətli və ləyaqətli etməyi bacarırlar. Qadın-qoç cəmiyyətdən nəyi gözləyəcəyini yaxşı bilir. Onlar realistdirlər. Bu qadınların diqqətini çəkmək o qədər də asan deyil. Yox, əgər siz buna nail olmusunuzsa, onlar bundan sonra da uzun müddət düşünəcəklər. Sonda sizi daha yaxşı bir insan etmək üçün əllərindən gələni edəcəklər. Bu bürc altında olan qadınlar övladlarına qarşı sərt olmalarına baxmayaraq, onlardan əsl lider böyüdə bilirlər. Seçdikləri insandan güclü xarakter və həyatda dəqiqlik tələb edirlər.
İdarəçi Şir (23 iyul - 23 avqust)
Bu qadınlar əsl döyüşçü, güclü və sərtdirlər. Buna görə də, onlara özü kimi mənəvi cəhətdən güclü birisi lazımdır. Bu bürc altında doğulan qadınlar heç vaxt adi kişilərin diqqətini cəlb etmir, həmçinin özləri də onların xoşuna gəlmək üçün çaba sərf etmir. Qadın-şir özlərinə doğmaları üçün hər şeyi edən birisini axtarırlar. Siz özünüzü qadın-şirdən başqa daha çox sevən heç kəsi tapmayacaqsınız. Onun sevgisi təmənnasız və təmizdir. O, həyat yoldaşı və uşaqları üçün həmişə ən yaxşısına çalışır və doğmalarını qorumaq üçün hər şeydən keçməyə hazırdır.
Milli.Az