Qadin.NET / Maaşsız qalan müəllimlərə cavab - YENİLƏNİB

Maaşsız qalan müəllimlərə cavab - YENİLƏNİB

Maaşsız qalan müəllimlərə cavab - YENİLƏNİB


14:50

Müəllimlərin maaşlarının gecikməsinin səbəbi bəlli oldu.

Milli.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən maaşların gecikməsinin səbəbini belə izah ediblər: "Maaşlarda bu cür gecikmə hər tədris ilinin əvvəlində olan şeydir və normaldır. Çünki müəllim və məktəblər barədə məlumatların ümumi informasiya bazasına otuzdurulması adətən bir qədər vaxt alır. Məsələn, sentyabrda müəllim dərslərə 22 saatla başlayır, amma oktyabrda dərs bölgüsü və ya müəllimin ös rejiminə uyğunlaşdırıldıqdan sonra elə alınır ki, dərs saatı 24 və ya 20 saat olur. Ona görə də tarifikasiya dəyişir. Bu məlumatları da məktəb dəqiq və planlı şəkildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim edir. İdarə də məlumatları işləyəndən sonra onu əmək haqqına yönləndirir".

İdarə müəllimləri əmin edir ki, narahat olmağa dəyməz, onlar tezliklə maaşlarını alacaqlar: "Hazırda vəziyyət belədir ki, həmin məlumatların emalı başa çatıb və bütün ümumi təhsil müəssisələrində çalışan müəllimlərin maaşı ödənilib, yəni bank hesablarına köçürülüb. Müəllimlərin çoxunun narahatlığı ona görədir ki, onlar yalnız bankomatda kartı yoxlaya bilirlər, amma bank hesabını görə bilmirlər. Ona görə də müəllimlər narahat olmasınlar, tezliklə maaşlar bank tərəfindən karta yatızdırılacaq və onlar pullarını alacaqlar. Bu da təxminən 40 min müəllimi əhatə edir".

------------

10:19

Bakıdakı bəzi orta ümumtəhsil məktəblərində çalışan müəllimlər hələ də oktyabr ayının maaşını almayıblar. Maaş alan məktəblərin müəllimlərinə isə sentyabrda müəyyən edilən yeni dərs saatlarına görə əlavələr verilməyib.

Milli.Az bildirir ki, bu haqda modern.az-a Suraxanı rayonundakı orta məktəblərdə çalışan müəllimlər məlumat veriblər.
Məsələ ilə bağlı sözügedən saytın sorğusunu cavablandıran Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən bildirilib ki, bütün müəllimlərin maaşı verilib:
 
"2016-2017-ci tədris ili üzrə sinif və şagird kontingenti barədə məlumatların emalı prosesi başa çatdıqdan sonra bütün ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqqı onların bank hesablarına  köçürülüb.
Eləcə də sentyabr ayı üzrə müəyyən edilən yeni dərs saatlarına görə əlavələr verilib".

İlkin İzzət
Milli.Az 

16 noyabr 2016
GO BACK