Qadin.NET / Sabahdan məktəblilərin payız tətili başlayır

Sabahdan məktəblilərin payız tətili başlayır

Sabahdan məktəblilərin payız tətili başlayır


Sabahdan, noyabrın 16-dan məktəblilərin payız tətili başlayır.
Day.Az-ın "Report"a istinadən məlumatına görə, 5 günlük tətil noyabrın 20-dək davam edəcək.
Qeyd edək ki, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. 
Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvarı, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir. Dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr) və 5 gün qış tətili (27-31 yanvar) olur. İbtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) olur.

15 noyabr 2016
GO BACK