Qadin.NET / Həftə sonunun HAVAsı

Həftə sonunun HAVAsı

Həftə sonunun HAVAsı


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman və çiskin olacaq. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 14-17, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Noyabrın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 14-17, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.

Milli.Az

11 noyabr 2016
GO BACK