Qadin.NET / Rusiyada 60 minə yaxın yeni “iPhone” satılıb

Rusiyada 60 minə yaxın yeni “iPhone” satılıb

Rusiyada 60 minə yaxın yeni “iPhone” satılıb


Rusiyada 60 min ədədə yaxın yeni "iPhone" smartfonunun satışı həyata keçirilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu ilin sentyabr ayında "Apple" korporasiyası Rusiya bazarında 54 400 ədəd yeni "iPhone 7" və 3 500-dən artıq "iPhone 7 Plus" smartfonu satıb.

"iPhone 7" və "iPhone 7 Plus" satışlarına görə Rusiyada beşinci yeri tutub. Ümumən satılan "Apple" smartfonlarının 44 faizi yaddaş həcmi 128 Gb olan "iPhone 7" smartfonlarıdır.

Mütəxəssislər əmin edir ki, hazırda rusiyalılar "Apple"in yeni məhsullarının alınmasında bir il öncəkindən daha maraqlıdırlar. "re:Store" qeyd edir ki, hazırda "iPhone 7" smartfonlarının satışları "iPhone 6s" satışlarını 3 dəfə üstələyir.

"Yevroset" mağazalar şəbəkəsinin rəhbəri Akeksandr Melisin sözlərinə görə, ticarət şəbəkəsi özünün yeni "Apple" cihazlarının ilk partiyasını 4 gün müddətində tam olaraq satıb.

Milli.Az

10 noyabr 2016
GO BACK