Uşağın cinsiyyətini bəlli edən ən ideal vasitə ultrasəs müayinəsidir. Hamiləliyin 3 ayının tamamında, yəni 13-cü həftədə edilən ultrasəs müayinəsi uşağın cinsiyyətini müəyyən edə bilsə də, bu, hər zaman dəqiq olmur. Hamilə qadınlar bəzən 16-17 həftə gözləmək məcburiyyətində qalırlar. Hamiləliyin 20-ci həftəsində isə uşağın cinsiyyəti tam aydınlaşır.
Day.Az lent.az-a istinadən bildirir ki, "Mən bu qədər gözləyə bilmərəm", - deyirsinizsə, övladınızın qız olacağına işarə edən 20 əlaməti sizə təqdim edir:
1. Uşağın ürək döyüntüsü dəqiqədə 140 dəfədən çox atır
2. Qarnınız yuvarlaqdır və uşaq əsasən qarnınızın sol tərəfində durur
3. Ağırlığınız artıqlaması ilədir.
4. Ürəkbulanmalarınızdan sonra gec özünüzə gəlirsiniz
5. Hamiləliyin ilk 3 ayında davamlı olaraq ürəkbulanmanız olur
6. Sol sinəniz sağ sinənizdən daha böyükdür
7. Ən azı bir dəqiqə boyunca güzgüdə özünüzə baxmanıza rəğmən, göz bəbəkləriniz böyümür
8. Daha çox duzlu və turş şeylər yemək istəyirsiniz
9. Bir ipə taxılmış üzüyü qarnınızın üstündə sallayanda üzük irəli-geri hərəkət edir
10. Dəriniz yumşaqdır
11. "Əlini göstər" - deyən kimi ovucunuzun içini açırsınız
12. Hamilə qaldığınız cinsi yaxınlıq zamanı həyat yoldaşınızdan daha istəkli və atəşli sevişmisiniz
13. Bir diş sarımsaq yeyəndə iyini hiss etmirsiniz
14. Hamiləlik zamanı saçlarınız daha incə və yumşaqdır
15. Yuxuya gedən zaman sağ tərəfinizdə yatırsınız
16. Yatan zaman üzünüz yastığın aşağı hissəsindədir
17. Sidiyinizin rəngi solğun sarı rəngdədir
18. Əvvəlki övladınız ilk dəfə olaraq "ana" sözünü deyib
19. Ultrasəs müayinəsində uşağın çənəsi batıq görünür
20. Mayalılara görə, hamilə qaldığınız yaş və ilin hər ikisi də tək və ya cüt rəqəmlərdir