İtburnu C vitamini mənbəyidir.
İtburnu meyvəsində yüksək miqdarda C vitamini ilə yanaşı, fenol birləşmələri və karotenoidlərin də olduğunu bildirən mütəxəssislər bu kiçik qırmızı rəngli meyvənin limona görə 60 qat daha çox C vitamini ehtiva etdiyini söylədilər.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, C vitamini soyuqdəymə, zökəm, qrip və digər xəstəliklərə qarşı bədənin müqavimətini və immunitetini artıraraq xəstəliklərə qarşı qoruyur.
Payız aylarında hər an qapımızı döyən soyuqdəyməyə qarşı orqanizmin müqavimətini artıracaq itburnunu mütləq qəbul edin.
Gün ərzində 3-4 stəkan itburnu çayı istehlak edərək soyuqdəymə və infeksiyalardan qoruna bilərsiniz.
İtburnu çəyirdəklərində olan qamma linoleik turşusu dəri üçün çox faydalıdır. Bu yağ dəriyə canlılıq verdiyi kimi, günəş yanıqlarına qarşı da təsirlidir.
C vitamini tez məhv olan bir vitamin olduğundan itburnu möhkəm ağzı bağlanmış qablarda, günəş görünməyəcək şəkildə saxlanmalıdır.
Milli.Az