Qadin.NET / WhatsApp hamımızı aldadır - CİDDİ İTTİHAM

WhatsApp hamımızı aldadır - CİDDİ İTTİHAM

WhatsApp hamımızı aldadır - CİDDİ İTTİHAM


Avropa Birliyi dünyanın ən populyar mobil messenceri WhatsApp-ın Facebook-la məlumat mübadiləsini dayandırmasını tələb edib. Bu mübadilə istifadəçilərin konfidensial və fərdi məlumatlarının oğurluğu kimi dəyərləndirilib.

Milli.Az The Wall Street Joutnal-a istinadən bildirir ki, Avropa Birliyində məlumatların müdafiəsi məsələləri ilə məşğul olan "29-cu maddənin işçi qrupu" məktub yayaraq WhatsApp və Facebook arasındakı anlaşmadan dolayı ciddi narahatlıq keçirdiyini bildirib. Mobil messenceri satın almış Facebook bu minvalla WhatsApp-ın bütün istifadəçilərinin telefon nömrələri və digər məlumatlarına yiyələnib.

"WhatsApp istifadəçiləri servisdən istifadəyə başlayanda belə "mübadilə"yə icarə verməmişdilər. İstifadəçilərin hüquqlarının tam müdafiəsi təmin edilməyincə WhatsApp və Facebook arasında mübadilə dayandırılmalıdır", - açıqlamada deyilir.

Milli.Az

29 oktyabr 2016
GO BACK