Qadin.NET / Ürəyi infarktdan qoruyan 10 faydalı qida

Ürəyi infarktdan qoruyan 10 faydalı qida

 

Ürəyi infarktdan qoruyan 10 faydalı qida



 

Ürək xəstəlikləri ilə bağlı problemlər gündən-günə artmaqdadır. Balanssız qidalanma nəticəsində tıxanan damarlar isə infarkt riskini artırır. Bəs ürəyi bundan necə qoruyaq?

Milli.Az publika.az-a istinadən ürəyin fəaliyyətini yaxşılaşdıran faydalı məhsulları təqdim edir.

Qreypfrut

Qreypfrut tərkibində C vitamini yüksək olan meyvədir. Yüksək səviyyədə likopen ehtiva edən qreypfrut pis xolesterini aşağı salmağa kömək edir.

Sarımsaq

Sarımsaq ürək sağlamlığı üçün faydalı olan vitamin və antioksidantlarla zəngindir. Sarımsaqda olan kəskin ətirli yağ kimi mayenin ürək xəstəliklərinin müəalicəsində effektli təsir göstərdiyi və yüksək qan təzyiqini aşağı saldığı sübut olunub.

Darçın

Darçın qanda şəkərin miqdarını balanslaşdıran və aşağı qan təzyiqini yüksəldən güclü vasitədir.

Avokado

Yüksək səviyyədə B6 vitamini ehtiva edən avokado ürək üçün faydalı qidalar siyahısına daxildir.

Yulaf

Hər gün bir porsiya yulaf ürəyin fəaliyyətinə və xolesterinə müsbət istiqamətdə təsir edir.

Pomidor

Pomidor yüksək qan təzyiqinə və ürək xəstəliyinə qarşı qoruyucu təsir göstərən güclü antioksidant likopendən ibarətdir. Likopen maddəsi pomidorlar bişmədikdə daha effektli təsir göstərir.

Şokolad

Şokolad ürəyi qoruyan antioksidantlardan ibarətdir. Bundan başqa, şokolad qan təzyiqini aşağı salır və metabolizmini sürətləndirir.

Yaşıl çay

Yaşıl çay da antioksidant təsiri olan və müdafiə edən güclü vasitədir.

Yağlı balıq növləri

Omeqa 3 baxımından zəngin olan qızıl balıq, ya da skumbriya kimi yağlı balıq növləri D vitamini və zülal mənbəyidir. Mütəxəssislər ürək xəstəliyi olanlara həftədə 2-3 porsiya omeqa 3 ilə zəngin qidalar, xüsusi ilə balıq yeməyi tövsiyə edir.

Duzu azaldın

Çox duz istehlak etmək yüksək qan təzyiqi riskini artırır və bu vəziyyət ürək xəstəliyinə səbəb olur. Duz və yağ ehtiva edən market məhsullardan uzaq durun.

Milli.Az

27 oktyabr 2016
GO BACK