Qadin.NET / Günün qoroskopu: ekstremal macəralar aramayın

Günün qoroskopu: ekstremal macəralar aramayın

Günün qoroskopu: ekstremal macəralar aramayın


Qoç - yeni görüşlər və tanışlıqlar olacaq. Təmaslara səbatlı formada hazırlaşın. Sevdiyiniz insanla səmimi olun. Münasibətlərdə müsbət dəyişikliklərə nail ola bilərsiniz. Qarşılıqlı anlaşmaya mane olan sədləri aradan qaldırın.

Buğa - hər addımınızı planlaşdırın. Düşünüb-daşınmadan qərar verməyin. Çətin məsələlərin həllində diqqətli davranın. İşgüzar danışıqlarda mövqelərinizdən geri çəkilməyin. Qarşı tərəfin fikirlərini öyrənməyə can atın.

Əkizlər - köhnə dostlar sizə yardım edəcəklər. Günün ikinci yarısında yeni tanışlarla sayıq olun. Onlar sizə şirin vədlər verəcəklər. Öhdəliklərə inanmayın. Həmkarlar və işgüzar tərəfdaşlarla münasibətlərdə diqqətli olun. Əks təqdirdə peşəkar fəaliyyət müstəvisində problemlər yarana bilər. Axşam saatları pis deyil.

Xərçəng - mühüm işlərlə məşğul olmaq mümkündür. Uğur əldə etmək şanslarınız az deyil. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri azalacaq. Yaranacaq problemlərin öhdəsindən təkbaşına gəlməyiniz həddən artıq müşkül məsələyə çevriləcək.

Şir - karyera müstəvisində irəliləyə bilərsiniz. Enerjili, aktiv olun. Hadisələrin axarını sürətləndirmək üçün hiyləgərlik etmək gərəkdir. Axşam saatlarına yaxın səhhətinizdə problemlər yarana bilər. Qidalanmanıza fikir verin. Mədənizdə ifrat həssaslıq var.

Qız - günün ilk yarısı ünsiyyət üçün əlverişlidir. İndiyədək münasibətlərinizin çox sərin və gərgin olduğu insanlarla da münasibətlərinizi qaydaya sala bilərsiniz. İşlə bağlı önəmli xəbər alacaqsınız. Maliyyə problemlərinizi həll etmək şansları yaranır.

Tərəzi - mühüm və məsuliyyətli fəaliyyət üçün əlverişlidir. Səfərə yollanmaq, mürəkkəb texnika ilə davranmaq niyyətiniz varsa, sərvaxt davranın. Axşam saatlarına yaxın travma riski artacaq.

Əqrəb - əvvəllər əldə etdiyiniz təcrübə və biliklərdən faydalana bilərsiniz. Ötənlərdəki hadisələrdən birinin əks-sədasını duyacaqsınız. Səhvlərinizi təkrarlamayın, köhnə yanlışlıqlara yenidən aldanmayın. Fikri cəmləmək, diqqətli olmaq asan deyil.

Oxatan - məqsədə çatmaq üçün işlənmiş metodlardan da yararlanmaq olar. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Enerjili olun. Yorğunluq hiss etməyəcəksiniz. Axşam saatları aktiv istirahət və açıq havada gəzinti üçün münasib zamandır.

Oğlaq -  ünün ilk yarısında qətiyyətli davranmasanız, uğursuzluqlara düçar olacaqsınız. Düşünüb-daşınmaq üçün vaxt tapın. İntuisiyanız iti olacaq. Onun məsləhətlərinə inanmaq olar. İşlərinizdə irəliləmək üçün liderlik məziyyətlərinizi nümayiş etdirin. Yaxın ətrafınızdakı insanları arxanızca aparın.

Dolça -  riskli məşğuliyyət üçün deyil. Ekstremal macəralar aramayın. Yaxınlarınızdan birinin dəstəyi indi xüsusi əhəmiyyət kəsb edir. Əgər bu şəxsə problemlərinizdən danışsanız, sizi narahat edən məsələlərdən açıq bəhs etsəniz, yardımı mütləq alacaqsınız. Sizi çoxdan bəri narahat edən məsələni çözmək imkanları yaranıb.

Balıqlar - günün ilk yarısı o qədər asan və xoş deyil. Yarımçıq işləri başa vurun, yeni səhvlərə yol verməyin. Emosional olmayın. Radikal qərarlar üçün əlverişli zaman deyil. Avantüralara meylli olmayın, təhlükəli işlərə qatılmayın.
 
Milli.Az

26 oktyabr 2016
GO BACK